"Qəbələ" getdi FOTOLAR

11:26 - 24 Avqust 2016

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ” avqustun 25-də pley-off mərhələsinin cavab oyunları çərçivəsində Sloveniyanın "Maribor” komandasının qonağı olacaq. 
 

Sportal.az xəbər verir ki, "qırmızı qaralar” səfərə bir gün öncədən yollanıb. Əyalət təmsilçisi Sloveniyaya çarter reysi ilə uçub. Uçuş isə səhər saatlarında baş tutub. 

 
Roman Qriqorçukun komandası Maribor şəhərində yerləşən "Habakuk” otelində məskunlaşacaq. Qarşılaşma başa çatdıqdan sonra təmsilçimiz vətənə qayıdacaq. 

 
Qeyd edək ki, tərəflər arasında ilk qarşılaşma "Qəbələ” 3:1 hesablı 1ələbə qazanıb. 

 

Xəbər xətti