UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Maribor” (Sloveniya) – “Qəbələ” matçında (1:0) qırmızı vərəqə alan Teo Uiksin cəzası müəyyənləşib.
Sportal.az xəbər verir ki, səfər matçının 69-cu dəqiqəsində meydandan kənarlaşdırılan yarımmüdafiəçi 2 matçlıq cəzalandırılıb. Buna onun birbaşa qırmızı vərəqə alması səbəb olub. Görüş zamanı yaşanan epizodu müzakirə edən UEFA-nın İntizam Komitəsi futbolçunun 2 oyunluq cəzalanmasını məqsədəuyğun sayıb.
Bu isə o deməkdir ki, Uiks qrup mərhələsinin ilk iki turunu buraxacaq. Liberiyalı futbolçu sentyabrın 15-də “Anderlext”lə (Belçika) səfər, 29-da “Maynts”la (Almaniya) ev matçlarını cəza üzündən buraxacaq.
saytlarin hazirlanmasi