“Qəbələ”nin sabiq idman direktoru olan Toni Adams xarici mətbuata açıqlama verib.
Sportal.az xəbər verir ki, hazırda Çinin “Çonqqinq Lifan” klubunda gənclərin inkişafı departamentinin rəhbəri vəzifəsində çalışır. Adams yeni işindən danışıb:
“Çonqqinq Lifan”da problemlər var. Bu problemləri aradan qaldırmalıyıq. Fikrimcə, yaxşı komanda formalaşdırmağı bacaracağıq. Bunun üçün bizə bir qədər vaxt lazımdır”.
49 yaşlı mütəxəssis Çin mətbəxindən də danışıb:
“Heç bir problemim yoxdur. Burada qərb restoraı var. İstədiyim hər şeyi asan şəkildə tapa bilirəm”.
Adams açıqlamasında Azərbaycanı da yada salıb:
“Azərbaycanda əməliyyat olundum. Həkim Üzeyir Rəhimov və onun Bakıdakı tibbi komandası olmasaydı, indi burda deyildim”.
saytlarin hazirlanmasi