Roman Qriqorçuk: "Çalışacağıq ki, bizə bəslənən ümidləri doğruldaq"

13:06 - 1 Sentyabr 2016

Ardıcıl ikinci dəfə Avropa liqasının qrup mərhələsinə düşməklə adını tarixə yazan “Qəbələ”nin baş məşqçisi, hazırda Ukraynada olan Roman Qriqorçuk açıqlama verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli çalışdırıcı Avropa Liqasında "Qəbələ"nin yer aldığı qrupu dəyərləndirib:

 

“Bizə ciddi rəqiblər düşüb. Anlayırıq ki, onlar çox güclü və oyun tərzinə görə müxtəlifdirlər. Bütün nüanslar barədə ətraflı danışa bilmərəm. Çalışacağıq ki, bizə bəslənən ümidləri doğruldaq, ölkənin, klubun adına layiq çıxış edək". 

 

Qrup rəqiblərindən olan “Maynts”ın baş məşqçisi Martin Şmidtin “Qəbələ”ni qapalı mücrüyə bənzətməsinə hörmətlə yanaşdığını deyən ukraynalı mütəxəssis “Qarabağ” barədə də fikirlərini bildirib:

 

“Qarabağ”la müqayisədə “Qəbələ”yə daha ciddi komandalar düşdüyünü deyənlərin fikirlərini təsdiq etmək niyyətində deyiləm. Nə qədər ki, Azərbaycanın klub reytinqi elə də yüksək olmayacaq, bizim qiymətləndirməmiz bundan fərqli olmayacaq”. (CBC Sport)

Xəbər xətti