“Qəbələ” Futbol Akademiyasının komandaları 2016-2017 mövsümünün hazırlıqlarını davam etdirir.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, U-19 yeni mövsümə hazırlığa daha erkən start verib. Emin İmaməliyevin baş məşqçisi olduğu komanda avqustun 8-dən bir araya gəlib. Bu komandada köməkçi məşqçi Azər Həşimovdur.
İmaməliyev ötən mövsüm U-19 Liqanın qalibi olduqdan sonra əvəzedici komandaya keçən Hüseynqulu Quliyevin yerinə təyinat alıb. Əvəzedicilərin köməkçi məşqçisi isə Elmar Baxşıyevdir.
“Qəbələ”nin digər komandaları isə mövsümə hazırlıq üçün avqustun 15-də toplaşıb. Qarşıdakı futbol ilində U-17-ni Yaşar Abuzərov, U-16-nı Şəhruz Mustafayev (köməkçi Aqil Mirzəyev), U-15-i Famil Xəlilov (köməkçi Rafael Cəbrayılov), U-14-ü Rakif Əliyev, U-13-ü Ülfət Mədətov çalışdıracaq.
“Qəbələ” qarşıdakı mövsümdə U-12, U-11 və U-10-ların yarışlarında iki komanda ilə təmsil olunacaq. U-12 komandalarına Zaur Hacıyev və Rəvan Rəcəbli, U-11-lərə Namiq Əliyev və Sahil Nəcməddinov, U-10-lara isə Anar Surxayevlə Fərid Məmmədli rəhbərlik edir. Kiçikyaşlı futbolçulardan təşkil olunan U-9-da Şəhriyar Kərimli, U-7-də Turxan Ümüdlü fəaliyyət göstərəcək.
saytlarin hazirlanmasi