"Qəbələ" Moldova klubuna qalib gəldi

22:46 - 4 Sentyabr 2016

Hazırda Ukraynada təlim-məşq toplanışında olan "Qəbələ" hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Roman Qriqorçukun komandası Moldovanın “Dinamo-Avto” klubu ilə görüşüb. 

 

Matçda ilk qolu 79-cu dəqiqədə Baqali Dabo vurub. 90-cı dəqiqədə isə Rəşad Eyyubovun qolu yekun nəticəni müəyyənləşdirib - 2:0.

 

Xatırladaq ki, “Qəbələ”nin Ukraynadakı təlim-məşq toplanışı sentyabrın 7-dək davam edəcək.

Xəbər xətti