"Qəbələ" Bakı Olimpiya Stadionunda

00:03 - 9 Sentyabr 2016

“Qəbələ” Azərbaycan Premyer Liqasının IV turunun hazırlığına start verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilə dövründə təlim-məşq toplanışı keçirmək üçün Ukraynaya gedən “qırmızı-qaralar” vətənə qayıtdıqdan sonra ilk məşqinə çıxıb.

 

Hazırlıqlarını paytaxtda davam etdirən komanda bu gün Bakı Olimpiya Stadionunda məşq edib. Günün ikinci yarısına təsadüf edən məşq prosesində futbolçular toplu çalışmalara üstünlük verib. “Neftçi” ilə sentyabrın 10-da qarşılaşacaq “Qəbələ” oyunöncəsi son məşqini sabah keçirəcək.

 

Qeyd edək ki, “Neftçi” – “Qəbələ” oyunu sentyabrın 10-u  saat 20:00-da başlayacaq.

Xəbər xətti