Roman Qriqorçuk: "Yaxşı nəticə bizə daha yüksək motivasiya verdi" MÜSAHİBƏ

22:11 - 10 Sentyabr 2016

Azərbaycan Premyer Liqasının IV turunda "Qəbələ" səfərdə "Neftçi"ni 8-0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin sullarını cavablandırıb:  
 
- Oyundan öncə bu cür hesabı gözləyirdiniz?
- Əlbəttə, həmişə böyükhesablı qələbə qazanmaq istəyirdik. Bu gün bizdə yaxşı alındı. 
 
- "Neftçi" tarixinin ən böyükhesablı məğlubiyyətini aldı. Bunu bilirdinizmi?
- Xeyr. Bundan xəbərim yox idi. 
 
- Belə qələbə Avrokubok oyunu öncəsi komandada arxayınlıq yarada bilməz?
- Yaxşı nəticə bizə daha yüksək motivasiya verdi. Pozitivik. Belə hallara öyrənmək daha yaxşıdı. Düşünmürəm ki, bu, futbolçulara təsir göstərəcək. 
 
- Bu gün əsas heyətə şans verdiniz. Olmazdı ki, bəzi oyunçuları Avrokubok oyununa qoruyasınız...
- Bizdə heç nə dəyişməmişdi. Heyətə layiq olan futbolçulara şans verdik. Ümumiyyətlə, limiti də nəzərə almışdıq.
 
- Yeni transferlərin oyunundan razı qaldınızmı?
Mən bütün oyunçularımdan razı qaldım. Futbolçularımızı ayırmaq istəmirəm. Bəzi məqamlar var ki, onlar üzərində çalışmalıyıq.
 
- "Anderlext"lə oyunda hansıı nəticəyə ümid edirsiniz?
- Rəqibin oyunlarına baxmışam. Bu gün onların oyunu haqqında danışa bilmərəm. Tam məlumat toplamalı və daha sonra daha dəqiq, konkret danışmalıyam.

Xəbər xətti