“Qəbələ” Azərbaycan Premyer Liqasının V turunda AZAL-la qarşılaşacaq.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, cari mövsümdə ilk dəfə ev oyununu Qəbələ şəhər stadionunda keçirəcək “qırmızı-qaralar” paytaxt təmsilçisi ilə 31-ci dəfə üz-üzə gələcək. İlk dəfə 2006-cı il noyabrın 4-də qarşılaşan komandalar indiyədək 30 matçda münasibətlərini ayırd edib. İki dəfə ölkə kubokunda yolları kəsişən komandalar 2008/09 mövsümünün 1/4, 2009/10 mövsümünün 1/8 finalında qarşılaşıblar. İlk dueldə (1:1, 1:0) Qəbələ, ikincidə (2:0, 0:1) Bakı təmsilçisi mərhələ keçib.
Digər 26 matç isə Premyer Liqa çərçivəsində keçirilib. Ümumilikdə 30 oyunda “qırmızı-qaralar” 10 qələbə qazanıb, 9 heç-heçə edib və 11 dəfə uduzublar. Top fərqində də bakılılar öndədir – 37:31.
AZAL-la oyunlarda “Qəbələ”nin heyətində ən çox fərqlənən Cavid Hüseynovdur. Onun hesabında 4 qol var. Kənan Kərimov bakılıları 3 dəfə məyus edib. Kristian Torres, Fərzad Hatəmi, Daniel Subotiç, Viktor Mendi və Aleksey Qay hərəyə 2 qolun müəllifidir. Baş tutan matçlardakı AZAL-ın oyunçuları 4 avtoqola üzülüblər. Alves dos Santos, Şəhriyar Rəhimov, Laşa Kasradze və Kamil Hüseynov “Qəbələ” ilə matçlarda öz qapısına qol vurublar.
“Qəbələ”nin ev oyunlarına gəlincə, 16-cı matç ərəfəsində komandalar hərəyə 4 qələbə qazanıbsa, 7 matç heç-heçə nəticələnib. Top fərqində isə qonaqlar üstün olub – 10:11.
saytlarin hazirlanmasi