Avropa Liqasının qrup mərhələsinin ilk qarşılaşmasında "Anderlext”ə qarşı keçirilən oyundan öncə zədələnən "Qəbələ”nin futbolçusu Nika Kvekveskirinin AZAL-la matçda da oynamayacağını diqqətinizə çatdırmışdıq.
Sportal.az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi ayağına xüsusi gips qoyulub. Bir həftədən sonra o, təkrar müayinə olunacaq. Kvekveskirinin ayağına gematoma yığılıb deyə, onun zədəsinin nə yerdə olduğu MRT zamanı müəyyən olunmayıb.
Qeyd edək ki, Nika ilə yanaşı Elvin Camalovun da zədəsi davam edir.
saytlarin hazirlanmasi