Roman Qriqorçuk: "Bütün oyunlarda çətin də olsa, qələbə qazanmaq istəyirik" MÜSAHİBƏ

20:28 - 19 Sentyabr 2016

Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçirilən "Qəbələ" - AZAL matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Sportal.az Futbol11.az saytına istinadən xəbər verir ki, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın çalışdırıcısı Roman Qriqorçuk qələbə ilə bağlı fikirlərini səsləndirib.
 
- Komanda keçirdiyi oyunlarda qapısını toxunulmaz saxlaya bilib. Bu, rəqib hücumçuların "dişsizliyi"di, ya müdafiə xəttiniz güclənib?
- Yenə çalışmaq lazımdı. Müdafiə xəttimiz yaxşı oyun nümayiş etdirir. 
 
- Rafael Santosun adının iştirak ərizəsinə daxil edilməməsinin səbəbi nə idi? Ona da yol görünür?
- Xeyr. O, bizim inandığımız futbolçulardan biridi. Rafael bizə çox lazım olacaq.
 
- Komandanın yeni transferi Franyiçi də bu gün meydanda görə bilmədik. 
- Onun ötən oyun səhvi olmamışdı. Düzdü, qol imkanlarından yararlana bilməmişdi. Ancaq onu meydana buraxıb, başqasını ehtiyatda saxlasaydım, yenə sual verəcəkdiniz ki, filan oyunçu niyə oynamadı?(gülür)
 
- Qismət Alıyev və Roman Hüseynovun oyununu necə şərh edərdiniz?. Nəzərə alaq ki, ikinci qolla yadda qaldı...
 - Alıyev istədiyimiz kimi oynamadı. Amma bu o demək deyil ki, hər şey bitib. Biz səbrli davranmalıyıq. Əvəzetmə də bununla bağlı idi. İnanıram ki, Roman bizi yenə sevindirəcək.
 
- Roman Romanı qucaqlayanda nə hiss etdi?
- Belə anlarda futbolçular şən olurlar. Mən də onun kimi sevindim.
 
- Qarşıda sizi sıx qrafik gözləyir. Əsas diqqəti çempionata yönəldəcəksiniz, yoxsa "Maynts"la matçı düşünürsünüz?
- Biz turnirləri bir-birindən ayırmırıq.  Bunu əvvəl də qeyd etmişəm. Hər ikisi bizim üçün vacibdi. Biz ilk növbədə "Sumqayıt"la oyunu düşünürük. Digər tərəfdən Avropa Liqasında oynamağımız böyük hadisədi. Rəqiblərimizin də hansı çempionatda oynadığını düşünmək lazımdı. Tək-tük komandalar olar ki, belə turnirlər onlar üçün vacib olmasın. Biz bütün oyunlarda çətin də olsa, qələbə qazanmaq istəyirik.

Xəbər xətti