Bezotosnı üçün 601 dəqiqə

11:28 - 20 Sentyabr 2016

“Qəbələ”nin ukraynalı qapıçısı Dmitri Bezotosnı Azərbaycan Premyer Liqasında ardıcıl 6-cı quru oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, V turda AZAL-la qarşılaşmada (3:0) qapısından qol buraxmayan qolkiper quru seriyaya davam edib. Yeni mövsümdə qapsını toxunulmaz saxlayan  “Qəbələ”nin qapıçısı ötən mövsümün son iki turunda - AZAL (2:0) və "Kəpəz"lə (1:0) matçlarda da top buraxmamışdı.
 
Bezotosnı sonuncu dəfə ötən mövsüm mayın 11-də "Qarabağ"la qarşılaşmada Dani Kintananın dubl etməsinə mane ola bilməyib.

 

Xəbər xətti