"Qəbələ"nin futbolçusu Nika Kvekveskiri Gürcüstan millisinə çağırılmayıb.
Sportal.az xəbər verir ki, buna futbolçunun zədəsinin tam sağalmaması səbəb olub. Yarımmüdafiəçi zədəsinə görə, DÇ-2018-in seçmə mərhələsində oktyabrın 6-da Uels, 9-da İrlandiya ilə keçiriləcək matçlardan kənarda qalıb.
Bizdə olan məlumata görə, Nika hələ bir müddət də zədəsinin sağalması ilə məşğul olacaq. Belə ki, yarımmüdafiəçi qarşıdakı iki həftədə də yaşıl meydanlara çıxa bilməyəcək. Onun oktyabr ayının ortalarında sıralara dönəcəyi gözlənilir.
Qeyd edək ki, Kvekveskiri Avropa Liqasının qrup mərhələsində "Anderlext"lə səfər oyunu öncəsi məşq zamanı zədələnib.
saytlarin hazirlanmasi