Estoniya millisinin "DÇ-2018"-in seçmə mərhələsi çərçivəsində Cəbəllütariq və Yunanıstanla oynayacağı qarşılaşmalar üçün heyəti açıqlanıb.
Sportal.az xəbər verir ki, yığmanın yeni baş məşqçisi Martin Reym 26 futbolçuya dəvət göndərib ki, bunların arasında "Qəbələ"nin hücumçusu Sergey Zenyov da var.
Qeyd edək ki, estonlar oktyabrın 7-də Cəbəllütariq, 3 gün sonra isə Yunanıstanla qarşılaşacaq.