Ozobiç: "Avropa Liqasından sonra çətin idi, yorulmuşduq"

00:28 - 3 Oktyabr 2016

“Sevinirəm ki, qol vurdum. Yaxşı oynadıq və layiqli qələbə qazandıq. Əlbəttə, Avroliqadan sonra çətin idi, yorulmuşduq”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin futbolçusu Filip Ozobiç deyib.

 

Bu gün “Qarabağ”la Azərbaycan  Premyer Liqasının oyununda (2:0) Ozobiç komandasının ilk qolunun müəllifi olub.


Görüşdən sonra jurnalistlərə açıqlmasında o deyib ki, indidən çempionluq barəsində danışmaq tezdir:


“Şansımız var, sonadək mübarizə aparmalıyıq. "Qarabağ" yaxşı komandadı. Ağır matç oldu”.

 

Xəbər xətti