Premyer Liqasının VII turunda “Qəbələ” "Qarabağ"ı qəbul edib. 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” mövsümün 7-ci oyununda da qapısını toxunulmaz saxlayıb.
Sportal.az xəbər verir ki, ötən mövsümün son iki matçında – AZAL (2:0) və “Kəpəz”lə (1:0) görüşlərdə də qol buraxmayan qolkiper ardıcıl “quru” oyunlarının sayını 9-a çatdırıb. Bu, klub tarixində 2-ci belə seriyadır. 2010-cu ilin sonunda “Qəbələ” ardıcıl 10 matçda qol buraxmamışdı.
Dmitri Bezotosnının quru seriyası artıq 868 dəqiqəyə çatıb. Ukraynalı qolkiperin bu göstəricisi Azərbaycan çempionatlarının 7-cisi, “Qəbələ”nin 2-cisidir. 2010/11 mövsümündə qeydə alınan klub rekordu isə Pavel Doroşevə məxsusdur. Latviyalı 952 dəqiqə qol buraxmayıb. Onun rekordunu təkrarlamaq üçün Bezotosnıya “İnter”lə matçda 84 dəqiqə qapısını toxunulmaz saxlamaq lazımdır.
saytlarin hazirlanmasi