Premyer Liqanın 8-ci turu çərçivəsində keçirilən "İnter" - "Qəbələ" matçının ilk dəqiqələrindən qonaq komandanın azarkeşləri maraqlı pankart açıblar.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisinin fanatları 3 gün öncə azadlığa buraxılan Cavid Hüseynovu tezliklə görmək istəklərini açılan bannerlə nümayiş etdiriblər.
Qəbələdən Bakıya gələn azarkeşlər "Bu kapitanlıq sənə yaraşır, Böyük kapitan. Cavid Hüseynov - 14" pankartını açıblar.
Qeyd edək ki, "İnter" - "Qəbələ" oyununda hesab açılmayıb - 0:0.
saytlarin hazirlanmasi