"Qəbələ"də Dabo və Sadiqov şoku

18:02 - 15 Oktyabr 2016

Azərbaycan Premyer Liqasının VIII turunda “İnter”in qonağı olan “Qəbələ”də ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, görüşün 62-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizə zamanı ayağından xəsarət alan komandanın kapitanı Rəşad Sadiqov meydanı tərk etmək məcburiyyətində qalıb. Onu Ruslan Qurbanov əvəzləyib.

 

"Qırmızı-qaralar"ın heyətində Baqali Dabo da zədələnib. Matçın 89-cu dəqiqəsində uzun ötürməyə qaçan hücumçu qəfil dayanaraq ayağını tutub. Əzələsi dartılan futbolçu görüşü yarımçıq başa vurub. "Qəbələ" oyunun son dəqiqələrini 10 nəfərlə keçirmək məcburiyyətində qalıb.
 

Qeyd edək ki, "İnter" - "Qəbələ" matçı 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Xəbər xətti