Premyer Liqamızda 8-ci tura bu gün baş tutan "İnter" - "Qəbələ" qarşılşaması ilə start verilib.
Sportal.az xəbər verir ki, 1 - 1 hesablı heç-heçə ilə başa çatan matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb.
- Komandanızdan razı qaldız?
- Xeyr, razı qalmadım. Bundan yaxşı oyunlarımız olub. Daha yaxşı oynaya bilərdik. Süni meydanda oynadıq. Bura heç süni meydan da deyildi. Stadionda ot yoxdur. Belə yerdə futbol oynamaq olmaz, amma bunu bəhanə etmirəm, şərtlər hər iki komanda üçün eyni idi. “İnter Arena”nın ot örtüyü bərbaddır. İki oyunçumuz zədələndi. “Sent-Etyenn”lə oyunöncəsi bu, bizim üçün ciddi itkidir.
- Asif Məmmədov vəzifəsinin öhdəsindən gələ bildi?
- Nəinki, Asif, öndə oynayan bütün futbolçuların borcu hücumu topla təmin etməkdir. Amma Asif bu gün bunu edə bilmədi. Bunun da səbəbi ot örtüyüdür. Bura futzal meydanıdır sanki.
- Zədəlilərin durumu haqda məlumatınız var?
- Hər ikisi əzələlərini dartıb. 3 həftə oynaya bilməyəcəklər. 2 həftəyə sağalsalar, sevinərik.
saytlarin hazirlanmasi