Premyer Liqanın ilk 7 oyununda qol buraxmayan “Qəbələ”nin qapıçısı Dmitri Bezatosnının "quru seriya"sı qırılıb.
Sportal.az xəbər verir ki, Premyer Liqanın 8-ci turunda keçirilən “İnter” - "Qəbələ" matçında paytaxt klubunun futbolçusu Ağabala Ramazanov ukraynalı qolkiperi məyus edib.
Təcrübəli qapıçı görüşün 48-ci dəqiqəsində qapısında qol görüb. Bununla da onun "quru seriya"sı 915-ci dəqiqədə dayanıb.
Qeyd edək ki, Bezotosnı sonuncu dəfə mayın 11-də “Qarabağ”la qarşılaşmanın 32-ci dəqiqəsində qol buraxmışdı.
saytlarin hazirlanmasi