Hazırda maliyyə problemləri yaşayan Türkiyənin "Balıkəsirspor" klubunun başı keçmiş futbolçularına olan borclara görə dərddədi.
Sportal.az xəbər verir ki, 13 futbolçu pulunu almaq üçün klubdan FİFA-ya şikayət edib. Şikayətçilər arasında "Qəbələ”nin sabiq hücumçusu Ermin Zetsin də adı var. Bosniya və Hersoqavina millisinin forvardı 350 min avrosunu almaq üçün FİFA-ya müraciət edib.
Bu barədə məlumatı klubun baş katibi və mətbuat xidmətinin rəhbəri Ümid Kırtıl verib. O, futbolçuların həm FİFA-ya, həm də Türkiyə Futbol Federasiyasına müraciət etdiyini deyib. Kırtıl həmçinin "Xəzər Lənkəran”ın sabiq oyunçusu Alfred Sankoya da borclu olduqlarını və bu məsələni futbolçu ilə həll etdiklərini vurğulayıb.
Qeyd edək ki, Ermin Zets 2015-ci ildə, Alfred Sanko isə 2015-2016 mövsümündə "Balıkəsirspor”da çıxış edib.