"Qəbələ” klubu hazırlıqlara start verib.
Sportal.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XI turunun noyabrın 6-da keçirilən AZAL-la səfər oyunundan (0:0) sonra 3 günlük istirahətə buraxılan "qırmızı-qaralar” bu gün Qəbələ şəhər stadionunda bir araya gəlib.
Günün ikinci yarısında baş tutan məşq prosesi fiziki hazırlıqdan ibarət olub. Hazırlıqda yalnız milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib. Xüsusilə də, zədəli oyunçuların yenidən ümumi komanda ilə məşqə başlanması sevinclə qarşılanıb.
Baş məşqçi Roman Qriqorçukun növbəti məşqini sabah günün ilk yarısında gerçəkləşdirəcək.
Qeyd edək ki, "Qəbələ” növbəti oyununu noyabrın 19-da evdə "Zirə”yə qarşı keçirəcək.
saytlarin hazirlanmasi