Əvvəlcə Qriqorçuk, sonra Veyler

14:41 - 21 Noyabr 2016

Noyabrın 24-də Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyununda “Qəbələ” Belçikanın “Anderlext” komandasını qəbul edəcək.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 8-ci km stadionunda baş tutacaq “Qəbələ” - “Anderlext” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - noyabrın 23-də saat 18:15-də arenanın media zalında start götürəcək. İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. Saat 19:30-da isə Belçika klubunun baş məşqçisi Rene Veyler media nümayəndələrinin suallarını cavablandıracaq.

 

Komandaların oyunöncəsi son məşqləri də 8-ci km stadionunda baş tutacaq. “Qəbələ” saat 19:00-da, “Anderlext” isə 20:00-da stadionun meydanında hazırlıqlarını tamamlayacaq.

 

Xəbər xətti