Dabo: "Oyuna tam hazıram"

18:40 - 23 Noyabr 2016

"Qəbələ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah Belçikanin "Anderlext klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın hücumçusu Dabo jurnalistlərin suallarını cavablandırıb. Fransız forvard sabahkı qarşılaşmaya hazır olduğunu bildirib:

 

"Uzun müddətdir ki, zədəyə görə meydana çıxa bilmirdim. Artıq zədəmi sağaltmışam. Oyuna tamamilə hazıram. Komandama kömək etmək üçün əlimdən gələni edəcəyəm. Bacardığımın maksimumunu ortaya qoyacağam".

 

Qeyd edək ki, "Qəbələ" - "Anderlext" qarşılaşması sabah saat 20:00-da "Baksel Arena"da baş tutacaq.

Xəbər xətti