“Oyunun ilk hissəsinə yaxşı başladıq. İkinci hissədə rəqib daha çox üstünlüyünü ortaya qoydu və komandamızda yorğunluq yarandı. Şanslardan istifadə edə bilmədik, nəticədə məğlubiyyətlə üzləşdik.”
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Baqali Dabo Avropa Liqasının qrup mərhələsinin V turunda "Anderlext"ə 1:3 hesablı məğlubiyyətdən sonra deyib.
Oyun zamanı topuğundan zədə alan fransalı hücumçu durumunun ciddi olduğunu bildirib:
“Aldığım zədə ciddidir. “Qarabağ”la matçı buraxacam. Ən azı iki-üç həftə meydana çıxa bilməyəcəm”.
saytlarin hazirlanmasi