"Çox təəssüf ki, məğlub olduq. Halbuki matçda qalib gəlməli idik. Belə alınmasını istəməzdim. Məğlubiyyət çox üzücüdü”.
Sportal.az xəbər verir ki, bu sözlər "Qəbələ”nin futbolçusu Filip Ozobiçə məxsusdu.
"Qəbələ” Avropa Liqasının qrup mərhələsinin V turunda öz meydanında "Anderlext”ə məğlub olub – 1:3.
Oyundan sonra əməkdaşımızın suallarını cavablandıran xorvatiyalı futbolçu fikirlərini bildirib. O qeyd edib ki, ikinci penaltini dəqiq yerinə yetirməmək "Qəbələ”nin işini çətinə salıb: "Penaltini vura bilsəydik, hesab xeyrimizə olacaqdı. Əgər penalti qol olsaydı, matçı qalib başa vuracaqdıq. Çox təəssüf ki, bu cür şansı əldən buraxdıq”.
"Qəbələ” qrupun son turunda Almaniyanın "Maynts” klubunun qonağı olacaq. Ozobiç həmin oyun haqda da danışıb:"İndidən nəsə deməyim düz olmaz. Bəlkə "Maynts”la oyunda da yaxşı oynadıq. Sadəcə, bu dəfə bəxt bizimlə deyildi. İnanıram ki, Almaniyada da layiqli mübarizə aparacağıq”.
"Qəbələ” həftəsonu ölkə çempionatında ən vacib oyunlarından birinə çıxacaq. "Qırmızı-qaralar” çempionluq yolunda əsas rəqiblərindən biri olan "Qarabağ”la qarşılaşacaq. Ozobiç "Qarabağ”a qalib gəlməyin çox vacib olduğunu vurğulayıb: "Bəli, qış fasiləsinə lider kimi yollanmaq şansımız var. Bunun üçün "Qarabağ”a qalib gəlmək lazımdı.Buna nail olsaq, hər şey yaxşı olacaq”.
saytlarin hazirlanmasi