Avropa Liqasının V turu çərçivəsində keçirilən "Qəbələ" - "Anderlext" (1:3) matçında zədələnən Baqali Dabo müalicəsini davam etdirir.
Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın forvardı yüngül qaçışlara start versə də, "Qarabağ"a qarşı oynamaq ehtimalı azdır.
Qeyd edək, "Qarabağ" - "Qəbələ" qarşılaşması noyabrın 29-da, saat 19:00-da keçiriləcək.
saytlarin hazirlanmasi