Roman Qriqorçuk: "Bu il də hakimlərin haqsızlıqlarını görürük" MÜSAHİBƏ

21:21 - 29 Noyabr 2016

Premyer Liqamızın 13-cü turunun son matçında “Qəbələ” səfərdə “Qarabağ”ın qonağı olub.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin 2 – 1 hesablı qələbəsiylə başa çatan matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:

 

- “Qəbələ” nədən narazı idi?

- Bu gün hər iki komandanın ifasında  yaxşı oyun izlədik. Ötən il oldğu kimi, bu il də hakimlərin haqsızlıqlarını görürük. Biz hər zaman komandamızı müdafiə etməlikyik. Mənim istəyim evə getməkdi. Burda qala bilmirəm. Amma futbolçularımı belə psixoliji durumda qoyub gedə bilmirəm.

 

- Belə çıxır ki, futbol meydanda yox, kabinetlərdə gedir?

- Dediklərim “Qarabağ”a aid deyil. Onların çox yaxşı baş məşqçiləri var. “Qarabağ” yaxşı komandadı.

 

- Son dəqiqələrdə baş verənlər hakim savadsızlığının nəticəsidir, yoxsa qərəzdi?

- Fikrimcə Azərbaycan hakimləri işini yaxşı bacarır. Amma necə ola bilər ki, futbolçunun üzünü top dəyəndə penalti verirlər? Bunu başa düşə bilmərəm.

 

- Son dəqiqələrdə komandanı meydandan çıxarmaq istəyirdiz?

- Sadəcə istədim ki, futbolçularım münaqişəyə qoşulmasın.

 

- “Qəbələ hedabda önə çıxdığı durumlarda üstünlüyü əldən verir. Bunun səbəbi nədir?

- Nə deyə bilərəm ki bu barədə? Oyunun əvvəlində də səhvlər olur, sonunda da.

Xəbər xətti