"Qəbələ" Premyer Liqanın 13-cü turunda "Qarabağ"a 1:2 hesabı ilə məğlub olub.
Sportal.az xəbər verir ki, "Qəbələ"nin heyətində 1 futbolçu sarı vərəqə limiti doldurub. Komandanın müdafiəçisi Ürfan Abbasov cari mövsümdə 4-cü dəfə sarı vərəqə ilə cəzalandığı üçün 14-cü turda "Kəpəz"ə qarşı oynamayacaq.
Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" matçı dekabrın 17-də keçiriləcək.
saytlarin hazirlanmasi