AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti qarşılaşmalar baş tutub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Qəbələ” futbol akademiyasının komandaları 14 matç keçirib.
Akademiyanın təmsilçiləri bu görüşlərin 11-də qalib gəlib və yalnız 3-də məğlub olub.
U-17 “Qarabağ”la səfər oyununda 0:1 hesabı ilə məğlub olub. “Qəbələ” 9-cu turdan sonra 20 xalla 4-cü yerdədi.
U-16 evdə “Qarabağ”ı 2:0, səfərdə “Neftçi” İK İB-i 4:0 hesabı ilə üstələyib. 9 matçda 19 xal toplayan “qırmızı-qaralar” 4-cü pillədə qərarlaşıb.
U-15 səfərdə “Şəmkir”ə qalib gəlib - 4:0. Ardıcıl 8-ci dəfə qalib gələn "qırmızı-qaralar" 100 faizlik nəticə ilə izləyicilərindən xeyli uzaqlaşıb.
Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13 də növbəti matçlarına çıxıblar. “Sumqayıt”a 0:1 hesabı ilə uduzan U-14 mövsümdə 2-ci dəfə meydandan xalsız ayrılıb. 10 oyundan 24 xal qazanan “Qəbələ” 3-cü pillədə yer alıb. “Neftçi” PFK-ya 3:0 hesabı ilə qalib gələn U-13-ün aktivində 10 oyundan sonra 19 xal var. Komanda 5-cı yerdədi.
Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında "Qəbələ" bir neçə komanda ilə təmsil olunub.
U-12 Liqasında “Qəbələ” və UGİM üz-üzə gəlib. “Qırmızı-qaralar” “məktəblilər” üzərində 7:2 hesabı ilə qələbə qazanıb. 9 turdan sonra “Qəbələ” 27 xalla 1-ci, UGİM 22 xalla 3-cüdü.
U-11 Liqasında UGİM BOİK-i 2:1, “Qəbələ” UGİM-i (Ağdaş) 13:1 hesabı ilə üstələyib. İtkisiz liderlik edən komandaların hər ikisi 9 turda 27 xal toplayıb.
U-10 Liqasında təmsilçilərimiz “Qəbələ” "Şorsu"ya 13:0, Gİİ “Kürmük”ə 4:0, UGİM “Balakən”ə 2:1hesabı ilə qalib gəlib. 9 turdan sonra “Qəbələ” 27 xalla 1-ci, Gİİ 21 xalla 2-ci, UGİM 16 xalla 5-cıdı.
Qızların yüksək liqa yarışının 7-ci turunda “Veqa” ilə görüşən “Qəbələ” 9:0 hesabı ilə qələbə qazanıb. 7 matçda 16 xal toplayan komanda 2-ci pillədə qərarlaşıb.