Roman Qriqorçuk: "Bu, mənim görmək istədiyim futbol deyil"

19:35 - 3 Dekabr 2016

“Qarşılaşmadan əvvəl futbolçularıma demişdim ki, bu rəqib Premyer Liqada da oynamaq gücündədir. Rəqib komandanın futbolçularının bizə çətinlik yaratmaq iqtidarında olduğunu da bilirdik. Bu üzdən də arxayınlıq və motivasiyanın aşağı olmasına imkan verə bilməzdik. Lakin oyun göstərdi ki, bütün bunlardan qaça bilməmişik".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqisi Roman Qriqorçuk Azərbaycan kubokun 1/8 finalında "Zaqatala" ilə oyundan (2:2, penaltilər seriyası - 4:1) sonra deyib.

 

O bildirib ki, yaxşı oyun göstərməsələr də, qalib gəliblər:

 

"Bu, çox yaxşı oldu. Həm də qarşıdakı görüşlər öncəsi oyunçuların indiki durumu haqda məlumat əldə etdik. Bu da bizim üçün qiymətlidir. “Qarabağ”la oyundan sonra futbolçular ağır durumda idi. Onların nələr yaşadığını, necə stressdə olduğunu görürdük". 

 

R.Qriqorçukun sözlərinə görə, komandanın emosional durumunu, özünəinamını yüksək səviyyədə saxlamaq üçün əlimdən gələni ediblər:

 

"Lakin görünür ki, hələ də bu yöndə çalışmalıyıq. İlk növbədə baş verənləri unutmalıyıq. Oyunumuzun o qədər də yaxşı alınmaması bəzi az şans qazanan futbolçuların heyətdə olması ilə bağlı deyil. Düzdür, bu, mənim görmək istədiyim futbol deyil. Amma onlara yenə şans verəcəyik. Ümid edirəm ki, növbəti şansdan onlar maksimum yararlanacaqlar".

Xəbər xətti