UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ötən gecə baş tutan "Qəbələ" 1 - 2 "Panatinaikos" cavab oyunu Azərbaycanın UEFA reytinqindəki mövqeyinə ciddi təsir göstərməyib.
Sportal.az xəbər verir ki, ölkəmiz bu siyahıda əvvəlki mövqeyində qalıb. 17.375 xalla 22-ci pillədə qalan ölkəmizi 23-cü sıradakı Belarus izləyir. Onlardan cəmi 0,125 xal öndə olan Azərbaycan 21-ci olan Kiprdən 1,050 xal geridədi. Sonuncular AEK və "Apollon"un xalları sayəsində bizdən bir az da uzaqlaşıb.
Qeyd edək ki, təsnifat mərhələsindəki istənilən qələbə 0.250 reytinq xalı qazandırır. Heç-heçə 0.125 xal verir. Qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 xalla qiymətləndirilir.
saytlarin hazirlanmasi