Gürcüstanda təlim-məşq toplanışında olan “Qəbələ”nin əvəzedici komandası ikinci yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” “Saburtalo” klubunun əvəzedici komandası ilə görüşüb. Gürcüstan təmsilçisi bu oyunda əsas və U-19 komandalarının üzvlərinin də yer aldığı qarışıq heyətdən istifadə edib. Görüş "Qəbələ"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ravil Yusiflinin dubl etdiyi oyunda bir dəfə Ülvi İsgəndərov fərqlənib.
Xatırladaq ki, komanda avqustun 2-də keçirdiyi Gürcüstandakı ilk yoxlama oyununda Tiflis “Dinamo”sunun əvəzediciləri ilə qolsuz bərabərə qalıb.
saytlarin hazirlanmasi