Tellur Mütəllimov "Qəbələ"nin tarixinə düşdü

16:01 - 21 Avqust 2017

"Qəbələ” tarixində 600-cü qolu vurub.

 

Sportal.az xəbər verir ki, bu tarixi qol Azərbaycan Premyer Liqasının II turunun “Sumqayıt”la ev oyununa (1:0) təsadüf edib. 40-cı dəqiqədə hesabı açan Tellur Mütəllimov klubun 12 illik tarixinə yubiley qolunun müəllifi kimi düşüb.

 

Bu matçadək rəsmi oyunlarda 599 dəfə fərqlənən “qırmızı-qaralar” yubiley qoluna 455-ci matçında imza atıb. İlk rəsmi oyununu 2005-ci il sentyabrın 21-də, I dəstədə oynadığı vaxt keçirən komandamız Premyer Liqada 409, I dəstədə 72, Azərbaycan kubokunda da 84, avrokuboklarda 35 dəfə fərqlənib. Penaltilər seriyaları, həmçinin nəticəsi ləğv olunan qarşılaşmalar nəzərə alınmamaqla vurulan bu topların 341-i evdə, 258-i səfərdə, 1-i neytral meydanda qeydə alınıb.

 

1-ci qol – İlqar İbrahimov (öz qapısına)
21.09.2005. “Göy-Göl” – “Şərur” – 8:0 (I dəstə)

 

100-cü qol – Vitali Balamestnı
07.04.2007. Gilan” – “Simurq” – 3:1 (Premyer Liqa)

 

200-cü qol – Tomaş Stolpa
20.11.2009. “Standard” – “Qəbələ” – 1:2 (Premyer Liqa)

 

300-cü qol – Viktor Mendi
29.04.2012. “Qəbələ” – “Bakı” – 4:0 (Premyer Liqa)

 

400-cü qol – Dodo
13.09.2014. “Simurq” – “Qəbələ” – 1:2 (Premyer Liqa)

 

500-cü qol – Sergey Zenyov
19.03.2016. “Qəbələ” – “Qarabağ” – 1:2 (Premyer Liqa)

 

600-cü qol – Tellur Mütəllilmov
20.08.2017. “Qəbələ” – “Sumqayıt” – 1:0 (Premyer Liqa)

Xəbər xətti