(II HİSSƏ)
Uşaq yaşlarında keçirilən məşqlər həm böyüməyə, həm də fiziki məhsuldarlığa qatqı olur. Məsələn, güc və dözümlülük məşqləri uşaqların əzələ skelet sistemində dəyişmələrə səbəb olduğu üçün, onun əzələ gücü və sürəti də artacaq.
Sinir sistemi və koordinasiya inkişafı: İlk 7 yaş, beyin və sinir sisteminin ən sürətli inkişaf etdiyi dönəmdi. 12-13 yaşlarından etibarən sinir sisteminin inkişafı yavaşlayır. Bu yaş dönəmində həm də sürətlə yüksələn sümük inkişafı ilə ayaqlaşa bilməyən əzələ kütləsi və boyu koordinasiyada müvəqqəti pozulmalara səbəb ola bilər. Futbolda 12-13 yaşa qədər inkişat etmiş əzələ-sinir sistemi ilə bağlı olan texniki bacarıqlar və oyun zəkasını gücləndirən məşqlərə böyük ölçüdə yer verilməlidi.
Vücud ağırlığında və boyda böyümə: 10-14 yaş aralığında olan qızların bədən ağırlığı oğlanlara nisbətən 4 dəfə sürətli artar. 14 yaşından sonra qızlardakı bu artım faizi azalır. Oğlanlarda ən sürətli vücud ağırlığı artımı 12-16 yaşlarda 20-25 kq olduğu halda qızlarda bu çəki 10-14 yaşlarında müşahidə edilir. Qızlarda ən sürətli boy artımı 10-11 yaşlarında olduğu halda oğlanlarda bu 13-14 yaşlarında rast gəlinir.
Vücud kompozisiyasındakı böyümə: Yetkinlik dönəmində məşqlər sayəsində yaranan uyğunlaşma baxımından qız və oğlan uşaqları fərqli, həssas bir dönəm içində olur. Bu həssasiyət nəzərə alınmalıdı. Oğlanlar 14-dən 20 yaşına qədər androgen hormonlarının sərbəst buraxılmasının səbəb olduğu əzələ və yağsız bədən kütləsinin artımı ilə idman məhsuldarlığında üstündülər. Ancaq eyni yaşdakı qızların idman məhsuldarlığına mənfi şəkildə təsir edən ikiqat artımla vücudlarında yağ yığını yaranır.
Skelet sümük inkişafı: Uşaqlarda yetkinlik dönəmi boyunca bədən ağırlığı və boy uzunluğu ilə yanaşı, sümük uzunluğu, genişliyi və sıxlığında da artımlar yaşanır. Bundan əlavə sümük toxuması bəslənmə, məşq xəstəlik və sair amillərdən təsirlənir.
Skelet əzələ inkişafı: Yuxarıdakı inkişaflara paralel olaraq yetkinlik dönəminin başlanğıcından etibarən yaşla birlikdə, əzələ kütləsi baxımından xüsusən də oğlanlarda inkişaf müşahidə olunur.
Ürək-tənəffüs sistemindəki dəyişikliklər: Uşaq doğularkən 40 sm3 ürəyin həcmi, yaşla irəliləyən vücud ağırlığındakı artımla bərabər yetkinlərdə 600-800 sm3 olur. Ürəyin bir dəfədə qovduğu qan həcmi artır, ritm isə azalır. Qandakı oksigeni daşıyan qırmızı qan hüceyrələri olan hemoqlobinin miqdarı yaşla birlikdə artar. Bu da futbolçunun maksimum oksigen istifadə etmə tutumunu, yəni aerobik dözümlülüyünü artırır.
Hormon sistemindəki inkişaf: Hormonun sərbəst buraxılmasındakı dəyişikliklər, yetkinlik dönəminə girmiş bütün uşaqlarda bir çox dəyişikliklərə cavabdehdi. Məsələn, testosteron sindromunun artması, vücud ağırlığının, əzələ kəsişməsinin, gücün artmasına səbəb olur. Qız uşaqlarında da böyümə və estrogen hormonları sindromundakı artış eyni təsiri göstərir. Testosteron sindromu oğlanlarda qızlara nisbətən 10-30 dəfə qat daha yüksəkdi. Yetkinlik dönəminin başlanğıcından etibarən güc və aerobik dözümlülük, vücud ağırlığı, boy. Ürək-tənəffüs sistemi və əzələ kütləsi ilə bərabər inkişaf edir. Bu güc və dözümlülük məşqlərinin başlanacağı və məhsuldarlığın da alınacağı ən gözəl yaş dövrüdü.
Psixoloji inkişaf: 7-8 yaşlı uşağı motivasiya etmək, 12-13 yaşlı uşağı motivasiya etməkdən daha asandı. Uşaq böyüdükcə, qrupun ona təsiri, özünə güvəni, ruhu dəyişir. Psixoloji inkişaf, təsirli və güvənli məşq metodlarından, pozitiv motivasiyadan və doğru şəkildə yoxlamadan təsirlənir. Uşağa tətbiq olunacaq məşq proqramının tipi, onun marağına, tutumlarına və motivasiyasına bağlı olmalıdı...
İsti və soyuq şəraitdə məşq
Uşaqların həddən isti və ya soyuq havada məşq etməsi yetkinlərdən fərqli qəbulolunmazdı. Çünki uşağın istilik tənzimləmə (tərləmə) mexanizmi yetkinlərə görə yetərincə inkişaf etməyib. Bu səbəbdən +30 dərəcənin üzərində məşq keçirilməsi qadağandı. Yüksək isti havalarda məşq müddətləri normaldan daha az olmalıdı. İsti havalarda məşqlərə 15-20 dəqiqə ara verilməsi və bu müddətdə su içilməsi lazımdı. İstidə məşqlər qəbul olunmasa da, orqanizmin ən gözəl cəhəti, yüksək istiliyə 10-14 gün içində uyğunlaşmasıdı (aklimatizasiya).Bu səbəbdən gənclər olduğu mühitdən daha isti bölgələrdəki önəmli yarışlara 10 gün öncədən getmələri və ya uyğunlaşmaq üçün günü ən isti saatlarında məşq etmələri daha uyğundu. Bəzi bölgələrimizdə qış çox soyuq keçdiyindən uşaqlar zaman-zaman çox aşağı istilik altında məşq edirlər. Soyuq mühit vücud istiliyini aşağı salır ki, bu da idman məhsuldarlığının pozulmasına səbəb olur. Orqanizm üçün isti şəraitdə məşq etmək daha çox narahatlıqlar yaradır. Küləkli və yağışlı havada suyun bədənə nüfuz etməsini əngəlləyən və normaldan daha sıx geyimdən istifadə, məşq öncəsi yaxşı isinmə hərəkətləri etmək, məşq zamanı isə uşaqları fəal saxlamaq soyuqda görülməsi lazım olan tədbirlərdi. Lakin həddən soyuq havalarda da məşqi təxirə salmaq lazım ola bilər. Bütün bunlarla yanaşı aerobik dözümlülüyü daha yaxşı olan fərdlər lazımi səviyyədə isinmə balansını saxlayır, istilik tənzimləmə mexanizimlərinin daha çox inkişaf edir. Məşq öncəsi mükəmməl isinmə və sonda toparlanma uşaqlar üçün çox önəmlidi. Bu zədə riskini, bədən istiliyinin anidən düşməsini əngəlləyərək uşağın infeksiyaya yoluxma riskini də azaldır.
Uşaqlarda zədələr
Futbol oynayan uşaq zədəyə məruz qala bilər. Bunun səbəbi təkcə birbaşa bədənə zərbə deyil, sürətli böyümə, yanlış, yetərsiz və həddindən çox məşq qaynaqlarıdı. Uşaqların yetkinlərdən ən böyük fərqi onların zədəyə meyilli olmasıdı. Bugünlərdə “overuse” (aşınma) zədələri gənc idmançıların ən böyük problemlərindəndi.
Səbəbləri:
• Çox az, yaxud heç dincəlmə olmadan tətbiq edilən və planlaşdırılan məşq proqramları
• Çoxsaylı və uzun sürən məşqlər
• Uyğun olmayan texnikanın tətbiq edilməsi
• Təktipli və təkyönlü yüklənmə, eyni məşqin uzun müddət və çoxsaylı təkrarı
• Təkrar edilən mikrozədələr (çox sayda zərbə vurmaq və sair)
• Futbolçu ilə təmas əksikliyi (yorğunluğunu aradan qaldırmama)
• Maksimala yaxın şiddətlə güc məşqləri, “overuse” (aşınma)
Zədələr uşaqların orqanizmində uyğun olmayan fiziki stresin yığılması ilə yaranır. Uşaqlar yetkinləşməmiş əzələ və skelet sistemindən dolayı zədələrə meyillidilər. Uşaqlarda bəlli əzələ qrupları xroniki olaraq zəifdi, bu üzdən sözügedən bölgələr asan şəkildə zədələnə bilir (adduktor, bel bölgəsi, hamstrinq əzələləri kimi). Uşaqlarda aşınma zədələrinin qarşısını almaq üçün aşağıdakı üsullar tətbiq oluna bilər.
• Uşağa məşqdə yorğunluq hisslərini açıqlamağa izin verilməlidi
• Məşq çox yaxşı şəkildə izlənməlidi
• Həddən çox və təhlükəli yüklənmələrdən qaçılmalıdı
• Tez-tez zədələnən bölgələr güc məşqləri ilə qüvvətləndirilə bilər.
Xüsusən uşaqların sümüklərindəki böyümə bölgələri (kartilaj) asanlıqla stress altında qalır, bu bölgələrin zədə risklərini yüksəldir. Məsələn, aşınmadan dolayı diz qapağı (patella) tendonunun sümüyə yapışma yerindəki zədə, eyni zamanda bəzən sürətli böyümə səbəbilə də yarana və bu da bir neçə ay davam edə bilər. Yetərli dərəcədə bu əzələ ilə əlaqəsi olan elastiklik məşqləri sözügedən zədəni əngəlləyə bilər. Lakin zədə yarandıqdan sonra elastiklik məşqləri də narahatlıq verə bilər. Bundan əlavə “Axilles” tendonunun və ayaq dabanındakı (plantar) fasiyanın sümüyə yapışma yerindəki narahatlıq uşqlarda tez-tez görünür. Baldır (kalf) əzələlərinin qısalığı ilə birləşən yüksək şiddətli çalışmalar və məşqlər bu zədənin ən önəmli səbəbidi.
Uşağın bel bölgəsinin əzələləri yetərincə qüvvətli deyil. Bu bölgənin elastik olmaması, hamstrinq əzələlərinin gərginliyi, qarın əzələlərinin də qüvvəsizliyi bel zədələrinə şərait yaradır. Maksimal və ya buna yaxın yüklərlə, uyğun olmayan ağırlıqqaldırma məşqlərinin də böl bölgəsinin zədələnməsi üçün riskdi. Önəmli olan bel və qarın əzələlərinin qüvvətləndirilməsi, elastikliyin inkişaf etməsi və hamstrinq əzələlərinin elastikliyinin artırılmasıdı. Ümumilikdə uşaqlarda zədələri əngəlləmək üçün:
• Əzələlər güc məşqləri ilə qüvvətləndirilməlidi
• Səhv texnikanın tətbiq olunduğu və yüksək şiddətli məşqlər edilməməlidi
• Əzələ və oynaq elastikliyi inkişaf etdirilməlidi
• Oynaq sabitliyi, çevrə əzələlərinin qüvvətləndirilməsi ilə saxlanmalıdı
• Koordinasiya çalışmaları ilə əzələdaxili və əzələarası koordinasiya artırılmalıdı
• Dinamik və statik tarazlıqlar çalışmaları ilə proprioseption (əzələlərin və hərəkətlərin fəaliyyəti) artırılmalıdı
• Məşq və oyun öncəsi mükəmməl isinmə olmalıdı
Zədə ilə yorğunluq arasında önəmli bir əlaqə var. Bu səbəbdən uşaqların məşqlərinin müddəti qısa olmalıdı. Yaxud aerobik dözümlülüyü çox yaxşı inkişaf etdirmək lazımdı.
Məşqlərə dözümlülük: Məşq orqanizm üzərində fizioloji stress yaradır. Uzunmüddətli və ağır olduğunda orqanizmə yüklənən fizioloji, psixoloji və mental stresə uşaq dözə bilməz. Halbuki, bu məqama o qədər də ciddi fikir verilmir. Uşaq dözməsə, zədələr və xəstəliklər meydana gələ bilər, məşq performansı düşər və məşqdən uzaqlaşar. Hətta ağır məşqlər uzun müddət davam etsə inkişafda da problemlər yaşana bilər. Məşqlərin yaratdığı stresə uşaq asan şəkildə dözməlidi. Bu da ancaq fizioloji böyümənin və yetkinləşmənin sabitliyi ilə mümkündü. Ümumilikdə uşağın bu baxımdan problem yaşamaması üçün:
Onun inkişafına uyğun məşq modeli seçilməli
• Məşq proqramında fərdi fərqliliklər nəzərə alınmalıdı
• Məşq çox yaxşı izlənməlidi
• Düzgün məşq və istiqamətləndirmə olmalıdı
• Məşqin uşaqda yaratdığı yorğunluq və stresin ifadə edilməsi üçün uşaq cəsarətləndirilməlidi
• Məşq haqda fikirlər hər an və məşqdən sonra deyilməlidi
• Uşağın marağı və qorxuları dinlənməli, məşq proqramı uşağın maraq və qorxularını yenəcək bir şəkildə dizayn edilməlidi
• Uşağa yetərincə istirahət verilməlidi
• Uşağın asanlıqla dözə biləcəyi məşq proqramı ilə başlanılmalı, onun uyğunlaşmasından və üzərində çalışılan özəlliklərinin inkişafından sonra məşqin ağırlığı artırılmalıdı
Uşaq futbolunun inkişafı ilə bağlı araşdırma yazılarımızı davam etdirəcəyik. Ümid edirik ki, bu bu bilgilərdən uşaq futbolumuzla məşğul olan mütəxəssislər yararlanacaq.
Həmid
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”
saytlarin hazirlanmasi