"Qəbələ" Cənubi Koreyada turnirə start verdi

18:24 - 29 Avqust 2017

Cənubi Koreyanın Kyoncu şəhərində keçirilən 13 yaşadək futbolçular arasında beynəlxalq turnirə start verilib.

 

Sportal.az "Qəbələ"nin saytına istinadən xəbər verir ki, yarışa klubun futbol akademiyasının U-13 komandası da qatılıb.

 

E qrupunda çıxış edən “qırmızı-qaralar” turnirdə 4 matç keçirib. Komanda ilk oyununda Yaponiyanın “Nara” klubunu məğlub edib – 4:1. U-13-ün heyətində Ömər Qurbanov 2, Sadiq Şəfiyevlə Murad Musayev hərəyə 1 dəfə fərqləniblər. Ardınca İspaniyanın “Selta” və Koreyanın “Çonqyonq” klubları ilə görüşən “Qəbələ” hər iki matçda 0:2 hesabı ilə uduzub. Ardınca futbolçular Yaponiyanın “İçinomiya” komandasına qalib gəlib – 3:2.

 

Qrup mərhələsində “Selta” və “Çonqyonq” daha çox – 9 xal toplayıb. “Qəbələ” “İçinomiya” ilə eyni 6 xal toplasa da, daha yaxşı top fərqinə malik yaponiyalılar 3-cü olub. Qrup dördüncüsü olan “qırmızı-qaralar” turnirdə növbəti oyunlarını sabah keçirəcək. Komanda Yaponiyanın “Vejitto” və Tailandın BBC klubları ilə üz-üzə gələcək.

Xəbər xətti