"Qəbələ" "Zirə" ilə oyunun hazırlıqlarına start verdi

10:55 - 1 Sentyabr 2017

Premyer Liqanın 3-cü turunun “Qarabağ”la avqustun 26-da keçirilən oyunundan (1:2) sonra istirahətə buraxılan “Qəbələ” futbolçuları yenidən bir araya gəlib.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” avqustun 31-də hazırlıqlara start verib. Komanda 4-cü turun sentyabrın 9-da keçiriləcək “Zirə” ilə ev matçının hazırlıqlarına Bakıda başlayıb. Hazırlığın ilk günündə futbolçular fiziki və bərpaedici məşqlə kifayətlənib. Məşqdə milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib.

Xəbər xətti