"Sumqayıt" "Qəbələ"ni məğlub etdi

19:47 - 4 Sentyabr 2017

Milli komandaların oyunları ilə əlaqədər Azərbaycan Premyer Liqasında yaranmış fasilədən "Qəbələ" və "Sumqayıt" klubları istifadə edib.

 

Sportal.az xəbər verir ki, sözügedən komandalar İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda üz-üzə gəliblər. Qarşılaşmada "Sumqayıt" 3:1 hesabı ilə qalib gəlib. Oyunda hesabı "Sumqayıt"ın forvardı Amil Yunanov açıb. "Gənclik şəhəri" təmsilçisinin heyətində Cavid İmamverdiyev dubl edib. "Qəbələ"nin yeganə qolunu isə Endryu Hellidey vurub.

 

12-ci dəqiqədə "Sumqayıt"dan Cavid Tağıyev, 27-ci dəqiqədə isə "Qəbələ"dən Filip Ozobiç penaltidən istifadə edə bilməyiblər.

 

"Qəbələ" - "Sumqayıt" - 1:3
Qollar:
Amil Yunanov 22, Cavid İmamverdiyev, 56, 70 -  Endryu Hallidey 45 (pen.)

Xəbər xətti