"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk baxışda olan futbolçular Kevin Pena və Abdul Kərim Konte ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, bunu klubun meneceri Səbuhi Səfiyarlı deyib.
Onun sözlərinə görə, futbolçuların oyunu baş məşqçi tərəfindən bəyənilməyib. Buna görə də hər iki futbolçu göndəriləcək.
Qeyd edək ki, kolumbiyalı hücumçu Kevin Pena ötən gün "Səbail"lə keçirilən yoxlama oyununda “Qəbələ”nin yeganə qolunu vurmuşdu. (qol.az)
saytlarin hazirlanmasi