Roman Qriqorçuk: "Belə səhvlərə göz yummaq olmaz" MÜSAHİBƏ

19:19 - 19 Noyabr 2017

“Oyundan razııyıq. Hər şey pozitivdir”.

 

Sportal.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib. “Qırmızı-qaralar” Topaz Premyer Liqasının XII turunda səfərdə “Neftçi” üzərində əzmkar qələbə qazanıb – 3:2.

 

Matçdan sonra baş tutan mətbuat konfransında iştirak edən təcrübəli ukraynalı çalışdırıcı fikirlərini bildirib:

 

“Əsəs olan qələbə idi və bunu qazanmağı bacardıq. Bu turda hamıdan gec oynadıq və əsas rəqiblərimiz qələbə qazanmışdı. Ona görə də qələbə bizim üçün çox önəmli idi”.

 

- Müdafiədə uzunboy oyunçularınılz olsa da, hər iki qolu künc zərbəsindən sonra buraxdınız. Bunun səbəbi nədir?

- Hava mübarzisində boy rol oynamır. Təbii ki, lap kiçik boyları nəzərə almıram, amma əsas olan boy deyil, mübarizədir. Təəssüf ki, hər iki qolu belə burxdıq. Əlbəttə, istəyərdik ki, hava mübarizəsində yaxşı oynayaq. Standard vəziyyətlər zamanı həyəcanlı oluruq.

 

- Hesab 2:2 olan zaman nə düşünürdünüz?

- Sonluq barədə düşünmürdüm. Tabloya baxırdım və görürdüm ki, vaxtımız var. Bilirdim ki, meydanda çox şey olcaq. Hisslərim analitik idi və düşünürdüm ki, nələr etmək lazımdır.

 

- Çox tez əvəzetməyə əl atdınız. Elvin Məmmədovun oyununda nədən narazı qaldınız?

- Cavab verməsəm də, doğru olmur, versəm də. Belə deyim, oyunçuya qoldan əvvəl səhvini dedim, qol epizodunda da həmin səhvi gördüm və belə qərar vermək məcburiyyətində qaldım. Belə səhvlərə göz yummaq olmaz. Amma bunu Elvinə verilən cəza kimi düşünməyin.

 

- Qış transfer pəncərəsi üçün hansı planlarınız var?

- Planlarımız kağız üzərindədir. Ötən il planladığımız yoldaşlıq oyunları baş tutmamışdı. Hələ ki, sizə dəqiq məlumat verə bilməyəcəm. Çünki konkret heç nə bilinmir.  

Xəbər xətti