"Qəbələ"nin zədəliləri sıraya döndü

10:30 - 28 Noyabr 2017

Topaz Premyer Liqasının XIII turunda səfərdə “Kəpəz”i məğlub edən "Qəbələ"nin heyətində zədəli futbolçu qalmayıb.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar”ın zədədən əziyyət çəkən iki oyunçusu da sıraya dönüb.

 

Söhbət Rasim Ramaldanov və Endi Hallideydən gedir. Hər iki futbolu artıq komanda ilə məşqlərə start veriblər. Onlar ölkə kubokunun 1/8 final mərhələsində “Mil-Muğan”la matça hazırdı.

 

Qeyd edək ki, “Qəbələ” – “Mil-Muğan” qarşılaşması noyabrın 29-da keçiriləcək.

Xəbər xətti