Roman Qriqorçuk: "Həmin futbolçuların şans qazanması müsbət hal oldu"

17:55 - 29 Noyabr 2017

Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qəbələ” – “Mil-Muğan” oyunundan (8:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

 

Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis qələbəni belə şərh edib:

 

“Növbəti mərhələyə keçmək, qalib gəlmək vacib idi. O da baş verdi, davam edirik. Futbolçular meydana çıxanda böyük fərqi hiss edirlər. Düşünürəm ki, oyunun əvvəli də ona görə belə alındı. Yaxşı ki, hər şey belə alındı və qalib gəldik. Amma strateji düşüncələrimə görə oyunun əvvəlində təzyiq göstərib, istəyimizə çatmalı, sonra rahat oynamalı idik. Amma biz yalnız 30-cu dəqiqədə hesabı açdıq. Akademiyamızın yetirmələrinin bugünkü çıxışından razı qaldım. Yaxşı oldu ki, onlar qol da vurdular. Lakin bu məni təəccübləndirmədi. Onlar artıq neçə vaxtdır əsas komanda ilə məşq edirlər. Həmin futbolçuların bu qarşılaşmada şans qazanması müsbət hal oldu”.

Xəbər xətti