“Qəbələ” Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində öz meydanında “Keşlə”ni 3:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra “Qəbələ”nun ukraynalı çalışdırıcısı Roman Qriqorçuk matçla bağlı bunları deyib:
“Kifayət qədər yaxşı üslubda qalib gəldik. Qarşılaşmanın elə hissələri oldu ki, çox yaxşı oyun göstərdik. Çempionatın bu hissəsinin son matçı idi. Nəticədən razıyıq, əhval-ruhiyyə yaxşıdır. Lakin başa düşürük ki, hələ üzərində çalışıb, yaxşılaşdırmalı olduğumuz çox işlər var. Kimin qalıb, kimin gedəcəyi haqda indidən nə isə deyə bilmərəm. Hələlik bununla bağlı qərarımız yoxdur. Bəlkə də kubok matçlarından sonra nə isə deyə bilərik. Zaman keçir, biz də çalışırıq. Təbii ki, imkanlardan istifadə yaxşılaşıb. Buna şadıq. Çünki bu amil nəticə qazanmaq üçün həlledicidir. Əlbəttə ki, biz razıyıq. Amma deyə bilmərəm ki, potensialımızın 100 faizindən yararlanırıq. Düşünürəm ki, bu oyun komponentini daha yaxşı səviyyəyə qaldırmaq imkanlarımız var”.
saytlarin hazirlanmasi