"Qəbələ" hamıdan yaxşı oldu

17:27 - 5 Dekabr 2017

Azərbaycan Premyer Liqasında 2-ci dövrəyə yekun vurulub. Dövrənin 7 turunda keçirilən 28 qarşılaşmada 73 qol vurulub. Orta məhsuldarlıq 2,61-ə bərabər olub.

 

Sportal.az xəbər verir ki, yalnız 1 heç-heçənin qeydə alındığı dövrənin ən yaxşısı “Qəbələ”di. “Qarabağ”la eyni - 18 xal toplayan “qırmızı-qaralar” həm şəxsi oyun, həm top fərqində son 7 turda hamıdan öndə qərarlaşıb.

 

“Qəbələ” 18 qolla məhsuldarlıqda, 3 top buraxan “Qarabağ” müdafiənin etibarlılığında fərqlənib.

 

“Zirə” dövrənin 3-cüsü, “Neftçi” 4-cüsü olub.

 

İkinci dövrədə keçirdiyi bütün oyunlarda uduzan “Keşlə” bu 7 matçda xal qazanmayan yeganə komandadı.

 

Qeyd edək ki, “Qarabağ” 16 xalla 6 oyun keçirdiyi 1-ci dövrənin qalibi olmuşdu.

Xəbər xətti