"Qəbələ"nin legioneri Türkiyə klubunun hədəfində

10:39 - 22 Dekabr 2017

Topaz Premyer Liqasında qış fasiləsinə ikinci pillədə yollanan "Qəbələ"ni daha bir futbolçu tərk edə bilər.

 

Sportal.az xəbər verir ki, söhbət malili hücumçu Famussa Konedən gedir. Türkiyə mətbuatının yaydığı xəbərə görə, o, sabiq komandası "Samsunspor"a qayıda bilər. İddiaya görə, malili forvard "qırmızı-qaralar"da özünü xoşbəxt hiss etmir və o, mövsümün sonunda başa çatacaq müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam vermək istəyir. 

 

"Samsunspor"un baş məşqçisi Engin İpekoğlu klub rəhbərliyinə təqdim etdiyi transfer siyahısında Konenin adını birinci göstərib. Yaxın vaxtlarda futbolçuya təklif ünvanlanacağı məlum olub. 

 

Qeyd edək ki, Kone "Qəbələ"nin heyətində 6 qol vurub. O, müqavilə ilə Türkiyə Super Liqa təmsilçisi "Göztəpə"yə məxsusdur.

Xəbər xətti