“Qəbələ” 2017/18 mövsümünün ikinci yarısına hazırlığını davam etdirir.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışının ikinci gününü iki hazırlıqla tamamlayıb. Komanda günün ilk yarısında fitnes zalında fiziki hazırlıq keçib. Meydanda baş tutan ikinci məşq toplu çalışmalardan ibarət olub.
Zədədən sonra komandaya qoşulan Dion Malone fərdi məşqlə kifayətlənib.
saytlarin hazirlanmasi