Asif Məmmədov: "Məşqlərin o qədər də ağır keçdiyini demək olmaz"

18:50 - 7 Yanvar 2018

"Qəbələ" 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirir.

 

Sportal.az xəbər verir ki,"qırmızı-qaralar"ın yarımmüdafiəçisi Asif Məmmədov toplanışın ilk günlərini klubun rəsmi saytına açıqlamasında dəyərləndirib. O, hazırlığın bəhrəsini vacib və çətin matçlarda görəcəklərini bildirib: 

 

"Hazırlıq prosesinin iki günü arxada qalıb. Toplanışın ilk günləri ağır olur. Bu da həmişə təsadüf olunan haldır. Çünki komanda istirahətdən dönüb. Düşünürəm ki, getdikcə hər şey qaydasına düşəcək. Bir az çalışıb, yoxlama oyunları keçirdikdən sonra komandanın fiziki durumu yüksəlib, öz əvvəlki vəziyyətinə çatacaq. Bu üzdən də yaxşı hazırlaşmalıyıq. Çünki qarşıda bizi çətin oyunlar gözləyir. Məşqlərin o qədər də ağır keçdiyini demək olmaz. Baş məşqçi də hər şeyi nəzərə alıb, yükləmələri tədricən artırır. Ağır məşqlərin olması təbiidir. Belə ağır məşqlər olmalıdır ki, sonra özümüzü daha yaxşı, daha rahat hiss edək".

 

Mövsümün arxada qalan ilk yarısını da dəyərləndirən Məmmədov Topaz Premyer Liqası və Azərbaycan kubokundakı çıxışı da müsbət hesab edir: "Mövsümün arxada qalan hissəsindəki çıxışımızı yaxşı hesab edirəm. Düzdür, bəzi oyunlarda uduzmamalı olduğumuz halda məğlubiyyətlə üzləşdik. Amma futbolda belə hallar olur. Ümumilikdə, ilk iki dövrədəki çıxışımız normal sayılır. Həm kubokda mübarizəni davam etdiririk, həm də çempionatda şanslarımızı qoruyuruq".

Xəbər xətti