“Qəbələ” Antalyadakı 3-cü günü də 2 məşqlə bitirdi

00:14 - 8 Yanvar 2018

“Qəbələ” 2017/18 mövsümünün ikinci yarısına hazırlığını Türkiyənin Antalya şəhərində davam etdirir.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” təlim-məşq toplanışının 3-cü gününü iki məşqlə başa vurub. Yanvarın 5-dən qonşu ölkədə olan “qırmızı-qaralar” günün ilk yarısında fiziki hazırlıq keçib. Komanda üzvləri məşq prosesini açıq havada gerçəkləşdirib.

 

Ukraynalı mütəxəssis Roman Qriqorçukun rəhbərliyi altında hazırlıq keçən “qırmızı-qaralar” günün ikinci məşqi zamanı meydançada çalışıb. Futbolçular əsasən toplu çalışmalara üstünlük verib. Zədədən sonra komandaya qoşulan Dion Malone fitnes zalında fərdi hazırlıq keçib.

Xəbər xətti