Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” sabah ilk yoxlama oyununu keçirəcək.
Sportal.az xəbər verir ki, 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlıq çərçivəsində baş tutacaq qarşılaşma “qırmızı-qaralar”ın 2018-ci ildə ilk matçı olacaq.
Yanvarın 5-dən qonşu ölkədə hazırlıq keçən Roman Qriqorçukun komandası Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə görüşəcək.
Bu mövsüm Super Liqada keçirdiyi 17 oyundan sonra 19 xal toplayan Türkiyə klubu I dövrəni 18 komanda arasında 12-ci pillədə başa vurub.
Bakı vaxtı ilə saat 18:00-da başlayacaq “Akhisar Bələdiyyəspor” – “Qəbələ” matçı “Rixos Premium” otelinin meydançasında keçiriləcək.
Yoxlama oyunu
10 yanvar
18:00. “Akhisar Bələdiyyəspor” (Türkiyə) – “Qəbələ” (Azərbaycan)
Antalya. Bələk. “Rixos Premium” otelinin meydançası
saytlarin hazirlanmasi