Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununa çıxıb.
Sportal.az xəbər verir ki, mövsümün ikinci yarısına hazırlıq çərçivəsində keçirilən qarşılaşma “qırmızı-qaralar”ın 2018-ci ildə ilk matçı olub.
Roman Qriqorçukun komandası Türkiyənin “Akhisar Bələdiyyəspor” klubu ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb.
“Qəbələ” - “Akhisar Bələdiyyəspor” - 1:1
Qollar: Ozobiç, 57 - Serjinyo, 17
Antalya. Bələk. “Rixos Premium” otelinin meydançası